Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
28 Mayda Azərbaycan Prezidentinin Laçında olması müstəqilliyimiz üçün böyük rəmzi məna daşıyır

0

  •         Şərqdə ilk müstəqil, demokratik cümhuriyyəti yaradan Azərbaycan, əsrlərlə yadelli işğalçılara qarşı mücadilə etmiş, özünün dövlətçiliyini, azadlığını qorumaq üçün bir çox qurbanlar vermişdir. Əlbəttə ki, azadlıq, müstəqillik heç bir xalqa hazır şəkildə verilmir. Onu əldə etmək üçün qurbansız ötüşmək də mümkün deyildir. Ancaq Azərbaycan üçün ən çətin məqamlardan biri odur ki, ətrafımızda bizə düşmən kəsilən bir çox bədnam qonşularımız var. Bu həmin qonşulardır ki, 1813 - cü ildə Gürcüstan, 1828 - ci ildə Türkmənçay müqavilələri ilə ölkəmizi ikiyə bölərək parçalamışlar. Çünki həmin dövlətlər öz qonşuluqlarında Azərbaycan kimi güçlü dövlət görmək istəmirdilər. Əks təqdirdə yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan Azərbaycanla hesablaşmalı olacaqdılar. Həmin dövlətlər özləri üçün forpost olaraq Azərbaycan torpaqları hesabına burada Ermənistan adalı cırtdan bir dövlət də yaratmağı bacardılar. Ermənilərin də ağlayıb - sızlayaraq dünyada mərhəmət dilənən bir etnos olduğunu da bilməyən yoxdur. Belələri arxası olanda canavara, bir az bərkə düşəndə çaqqala döndüyünü də hər kəs çox gözəl anlayır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Bütün iyirminci əsr boyu ermənilər dəfələrlə Azərbaycan üzərinə hücuma keçmiş, xalqımızı soyqırıma məruz qoymuş, hər dəfə də torpaqlarımızın müəyyən bir hissəsini işğal etmişlər. 1992 - ci ildə SSRİ - nin dağılmasından sonra yaranmış hakimiyyət böhranından özünəməxsus tərzdə istifadə edən ermənilər Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Bütün beynəlxalq "təzyiqlərə" rəğmən Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxladı. Aparılan sülh danışıqları heç bir nəticə vermədi. Sonda Azərbaycanın səbir kasası daşdı, ermənilərin növbəti təxribatı zamanı ordumuz əks hücuma keçərək 44 gün ərzində işğal altındakı bütün torpaqları azad etdi və düşməni kapitulyasiya akrına imza atmağa məcbur etdi . Elə müharibənin başa çatması ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başladığı altında işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə paralel olaraq yaşayış məntəqələrinin bərpasına və yeni yaşayış məntəqələrinin tikintisinə başlanıldı.​ ​ ​ ​ ​ ​ ​ ​ Qısa zaman içərisində Zəngilan rayonu ərazisində Ağalı kəndi tikildi və Böyük Qayıdış proqramına start verildi. İndi işğaldan azad edilmiş ərazilərdə yavaş - yavaş öz axarına dönür. Vaxtilə öz dədə - baba yurdlarından qovulmuş əhali öz yuvalarına dönürlər. Mayın 28 - də, ölkəmiz üçün əlamətdar olan Dövlət Müstəqilliyi Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Laçın şəhərində laçınlı ailələrə yaşayacaqları evlərin açarlarını təqdim etmişdir. Təqdimetmə mərasimində Ölkə Başçısı sakinlər qarşısında çıxış etmişdir. Laçında yaradılmış gözəl şəraitdən, Laçının əsrarəngiz gözəlliyindən heyrətə gələn Azərbaycanın Prezidenti buranı cənnətə bənzətdi. Azərbaycan Prezidenti qeyd etdi ki, burada insanların normal yaşamaları üçün hər cür şərait yaradılmışdır. Burada tezliklə yeni iş yerləri yaradılacaqdır ki, əhalinin məşğulluğu təmin edilsin. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə, Xankəndində kök salmış separatçılara da xəbərdarlıq etdi. Sülh müqaviləsinin bağlanmasının hər iki ölkənin xeyrinə olacağına diqqət çəkdi. Xankəndində yaşayan erməni əsilli vətəndaşlara da müraciət edən Azərbaycan Prezidenti onların da ölkə vətəndaşlığını qəbul edib burada rahat yaşaya biləcəklərini vurğuladı. Digər Azərbaycan vətəndaşları kimi, onların da bütün hüquqlarının dövlət səviyyəsində qorunacağına zəmanət veriləcəyini bildirdi. Azərbaycanın bütü bu xoş məramının qarşısında revanşist ideyalarla yaşayanların aqibətlərinin isə çox ağır olacağı bildirildi. Azərbaycan Prezidenti daha sonra qeyd etdi ki, ilin sonuna qədər daha 700 ailənin Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürüləcəyini də qeyd etdi. Qeyd olundu ki, bununla da Laçına 4 min nəfərin, bəlkə də daha çox,​ qayıdışı təmin ediləcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçından bir daha​ dünya ictimaiyyətinə mesaj verdi ki , bu yerlərin əsil sahibi bizik və bu, erməni uydurmalarından fərqli olaraq danılmaz həqiqətdir.​ ​ ​
    ​Tural Şahmuradov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib60 dəfə
    28 mayda azərbaycan prezidentinin laçında olması müstəqilliyimiz üçün böyük rəmzi məna daşıyır

    Maraqlı gələ bilər
    57
    188